İdman
Futbolçuları bir avtobus fahişə qarşılayacaq? - Berluskoni dilinin bəlasına düşüb
14:02
Bu gün İtaliya futbolunda ən çox müzakirə olununa məsələ “Montsa” və onun sahibi Silvio Berluskonidir.
Publika.az xəbər verir ki, buna səbəb təkcə "qırmızı-ağlar"ın İtaliya A seriyasıın 20-ci turunda “Yuventus”a qalib gələrək (2:0) sensasiyaya imza atmaları deyil. Komandanın qələbəsindən çox başqa məsələ müzakirə edilir - “Montsa”nın sahibi Silvio Berluskoninin verdiyi vəd. O, ötən ilin dekabrın 14-də müsahibə verərkən maraqlı fikir səsləndirib, bildirib ki, böyük komandalardan birinə qalib gəlsələr, maraqlı "hədiyyə"si olacaq:

“Biz gənclər komandamızda olmuş məşqçiyə (Raffaele Palladino) şans verdik. O, ağıllıdr, yaxşı işləyir və uşaqları motivasiya etməyi bacarır. Mən qərara gəldim ki, əlavə motivasiya verim. Əgər böyük klublardan birini, məsələn, “Yuventus” və ya “Milan”ı məğlub etsələr, tapşırıq verəcəm ki, komandanı bir avtobus fahişə qarşılasın”.
Bu açıqlamanın üstündən düz ay yarım vaxt keçib. Oyundan sonra Berluskoniyə həmin sözlər xatırladılıb. Onun cavabı isə belə olub: “Onlar məndən sözümün üstündə durmağımı istəyirlər. Mən yüzlərlə telefon zəngi almışam”.
Diqqət çəkən başqa məqam isə "Yuventus"la qələbədən sonra "Montsa"nın bütün sosial şəbəkə hesablarında avtobus şəklinin paylaşılmasıdır.
Heybət

-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi




































