İdman
"Qalatasaray" rekordlara doymur
"Qalatasaray"ın "Umraniyəspor" üzərində qələbəsi komanda üçün rekordlarla əlamətdar olub.
Publika.az xəbər verir ki, Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində keçirilən görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən "sarı-qırmızılar" çempionatdakı qələbə seriyasını 11-ə çatdırıb. İstanbul nəhəngi bununla tarixinin ən yaxşı qələbə seriyasını təkrarlayıb. Əvvəlki göstərici 1988-ci ilin aprel-sentyabr aylarında qeydə alınıb.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da tarixi rekorda şərik çıxıb. O, ən uzun qələbə seriyasına malik olan yerli mütəxəssislərə - Şenol Güneş və Ziya Doğana çatıb. Hər üç məşqçinin aktivində 11 ardıcıl qələbə var. Gənc mütəxəssisin komandası növbəti turda da meydanı 3 xalla tərk edərsə, rekord ona məxsus olacaq.
Heybət
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?