İdman
Nazir: "Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi" - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, nazir verilişdə özüylə bağlı bir sıra maraqlı məqamları da açıqlayıb.
Nazir ilk öncə sosial şəbəkədən aktiv şəkildə istifadə etməsindən danışıb.
Məlum olub ki, Fərid Qayıbov verilişə telefon zəngi ilə yox, elə sosial şəbəkə vasitəsilə dəvət olunub:
“Çalışıram ki, bütün mesajlara cavab verəm, amma bəzən alınmır. Bəzən şərhlərdə yazırlar ki, inboksu niyə oxumursunuz? Amma mən bütün günü feysbukda ola bilmərəm. Yazılan mesajların çoxunun məzmunu eynidir - çox adam yazır ki, sizin komandanızda olmaq istəyirəm. Əslində, bu, məni sevindirir. Sevinirəm ki, belə aktiv gənclərimiz var”.
Nazir verilişdə idmançıların saqqal saxlaması məsələsinə də münasibət bildirib:
“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”. ("Qafqazinfo")

-
Sosial23:00
Oqtay Əliyevin nəşi harada dəfn ediləcək? - AÇIQLANDI
-
Magazin122:48
Zaur və Günay cütlüyü: "Sizdən yadigar bu şəkil qaldı" - FOTO
-
Hadisə21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO