Dağıntılar altında qalan futbolçunun xanımı ağlayaraq kömək istədi - VİDEO
Bizi izləyin

İdman

Dağıntılar altında qalan futbolçunun xanımı ağlayaraq kömək istədi - VİDEO

Türkiyədəki zəlzələnin üstündən bir gündən artıq keçməsinə baxmayaraq, dağıntılar altında qalanlar var.

Publika.az xəbər verir ki, onlar arasında “Yeni Malatyaspor”un qapıçısı Ahmed Eyup Türkaslan da var. Həyat yoldaşı Kübra xilas edilsə də, 28 yaşlı əlcək sahibindən hələ də xəbər yoxdur.

Vəziyyətlə barışa bilməyən xanımı video çəkərək insanları köməyə çağırıb. Hönkür-hönkür ağlayan Kübra Türkaslan "Eyup 30 saatdır dağıntılar altındadır, kömək edin. Nə tutacaq var, nə də kran. Heç kim onu ​​dağıntıların altından çıxara bilmir, kömək edin" deyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm