Rusiyada rəzalət – Meydana çıxmaqdan imtina etdi
Bizi izləyin

İdman

Rusiyada rəzalət – Meydana çıxmaqdan imtina etdi

Rusiyada rəzalət – Meydana çıxmaqdan imtina etdi

Rusiya çempionatının son turunda qalmaqal baş verib.

Publika.az xəbər verir ki, olay “Torpeda”-“Dinamo” qarşılaşmasında yaşanıb. “Dinamo”nun qələbəsi ilə (3:1) başa çatan görüşdə “Torpedo” azarkeşləri irqçi hərəkətlərlə yadda qalıblar. Onlar ilk hissədə “Dinamo”nun qaradərili futbolçu Kristofer Sambanı aramsız şəkildə təhqir ediblər. Bu təhqirlərə dözməyən futbolçu ikinci hissədə meydana çıxmaqdan imtina edib.

“Dinamo”nun baş məşqçisi Çerçesov onu əvəzləmək məcburiyyətində qalıb. Maraqlıdır ki, oyundan sonra Çerçesov mətbuata verdiyi açıqlamada futbolçunu zədələndiyi üçün əvəzlədiyini bildirib.

Ancaq “Dinamo”nun vitse-prezidenti Gennadi Solovyov baş məşqçinin dediklərini təkzib edib:

“Təsdiq edirəm ki, Samba “Torpedo” azarkeşlərinin hərəkətlərindən sonra meydana çıxmaqdan imtina etdi. Elə buna görə də, o, əvəzləndi. Belə azarkeşlərlə həqiqətən də çətindir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm