İdman
DÇ-2022-nin seks-simvolu bu kluba azarkeşlik edirmiş - FOTO
DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll futbol dünyasının diqqətini çəkməkdə davam edir. Qətər mundialında sonra da o, idman mediasının gündəmindən düşmək bilmir. Gah müsahibəsi ilə gündəmə gəlir, gah da Kriştiano Ronaldonun fanatı olduğunu söyləyir. İndi isə hansı klubun azarkeşi olduğunu açıqlayıb.
Məlum olub ki, xorvatiyalı fanat "Arsenal"a biganə deyil. İvanna London klubunun “Mançester Siti” ilə oyununa gedib, “topçular”ın formasını geyinib və “Emireyts”in tribunalarının bəzəyi olub. Meydan sahibləri həmin görüşdə 1:3 hesabı ilə uduzsalar da, bu, onun əhval-ruhiyyəsinə təsir etməyib. Knoll sosial şəbəkədə paylaşım edib:
“Təşəkkür edirəm, “Arsenal”. Bu axşam burada olmaqdan çox şadam”.

Bir az sonra İvanna oyundan sonra əyləncə məkanından video paylaşıb. O, həmin gecəni dəbdə olan klublardan birində keçirib. İvana “Arsenal”ı niyə seçdiyini açıqlamayıb. Onun niyyəti nədir? Reklam, şöhrət və ya səmimi sevgi? Bunu özündən başqa heç kim bilmir.
Azarkeşlərin xorvatiyalı modelin bu hərəkətinə münasibəti fərqli olub. Ona qarşı nifrət var. Bəziləri sevimli klublarını seçmədiyinə görə bunu edirsə, digərləri Knollun futbolun hesabına özünü reklam etdiyini düşünür:
– “Əvvəllər səndən xoşum gəlirdi”.

- “Dəstəklədiyiniz bütün komandalar məğlub olur. Bu bir növ Knoll lənətidir”.

- “Buna görə də “Arsenal” Xorvatiya kimi aşağı yuvarlandı”.

- “Atanızın yerində olsaydım, etdiklərinizdən utanardım”.

- “O, Xorvatiya millisinin üç futbolçusunu belə tanımır. Necə Arsenal fanatı olacaq?

Heybət
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)























