İdman
Rövnəq Abdullayev Şamaxıya niyə gedib? - SƏBƏBİ AÇIQLANDI
10:01
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Şamaxı” – “Sabah” matçında meydan sahiblərinin 2:1 hesablı qələbə qazanması turun və həftənin əsas hadisələrdən biri hesab edilir. “Aslanlar”ın qələbəsi, şənbə günü – fevralın 25-də baş tutan oyunla bağlı başqa bir hadisəsini arxa plana saldı.
Həmin matçı izləyənlər arasında AFFA prezidenti Rövnəq Abullayev də vardı. Federasiya rəhbəri uzun fasilədən sonra bölgə klubunun oyununda tribunada göründü. Bu məqam futbol ictimaiyyətinin diqqətindən yayınmadı. Ancaq sual doğuran məqam var idi. Rövnəq Abullayevin Şamaxıya səfərinin əsas məqsədi nə idi? Bu sualı şəhərin eyniadlı komandasının məşqçisi Cavid Hüseynova ünvanladıq. Onun Publika.az-a cavabı belə oldu:
“Qonaqlarımızın olacağını bir gün öncədən bilirdim. Bu gəlişin sponsorla bağlı olacağını güman edirəm”.

Vüqar Əsgərli ilə birlikdə komandanı idarə edən Hüseynov bildirir ki, bu reallaşsa, klubun gələcəyi üçün yaxşı olacaq:
“Sponsor gəlsə, futbolçular gələn mövsüm daha həvəsli, motivasiyalı olarlar. Bir az da təcrübəli olacaqlar. Büdcə imkan versə, istədiyim 4 təcrübəli yerli oyunçunu da gətirərəm və iddialı komanda formalaşdıraram. Bu gün 4-5 futbolçumuza təklif var, bu, məni sevindirir. Halbuki beş ay əvvəl onların adı heç bir dəftərdə yox idi. Bu gün onların milli komandaya dəvət olunacağı barədə söhbətlər də var. Deməli, boşuna çalışmamışıq”.
Cavid Hüseynov bildirir ki, yaxın günlərdə klubun yeni mövsüm üçün planları ilə bağlı görüş keçiriləcək:
“Klub rəhbərliyi ilə bir neçə gün öncə bir araya gəlməli idik. Ancaq anamın vəfatı ilə əlaqədar bu görüş baş tutmadı. Amma yaxın günlərdə toplantı keçiriləcəyini gözləyirik. Bundan sonra yeni mövsüm üçün planlarımız məlum olacaq”.
Heybət Məmmədov
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)























