İdman
58 yaşlı atası da eşq yaşayır - Neymarın dostunun anası ilə - FOTOLAR/VİDEO
PSJ-nin ulduzu Neymarla yanaşı, atası da gündəmdən düşmək bilmir. 2016-cı ildə 25 illik həyat yoldaşı Nadin Qonçalvesdən boşanan Santos yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb.
Publika.az xəbər verir ki, o, keçən həftə Mariana Bernardi adlı xanımla birlikdə görünüb. Braziliya mətbuatının yazdığına görə, bir müddətdir davam edən romantik münasibəti gizlətməyən cütlük əl-ələ görüntülənib.

Onlar ilk dəfə deyil ki, diqqət mərkəzinə düşüblər. 58 yaşlı Santos sevgilisi ilə ötən ilin iyulunda, eləcə də Qətərdə keçirilən dünya çempionatı zamanı kameraların hədəfində olub.

45 yaşlı Mariana Bernardi Neymarın yaxın dostu Andrey Bernardinin anasıdır. Andrey Neymarın Parisdəki villasında çalışır və ayda 10 min avro maaş alır. Onlar məhz oğlanlarının vasitəsiylə 2020-ci ildə tanış olublar. Bundan sonra bir-birlərini tez-tez görməyə başlayıblar və zaman keçdikcə münasibətləri yaxınlaşıb. Görünür Neymarın atası 58 yaşında şəxsi həyatında yeni səhifə açmaq istəyir.
Heybət

-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)























