İdman
İsveçrə FİFA məmurlarını diktatorların siyahısına saldı
İsveçrə hökuməti FİFA məmurları ilə bağlı sərt qərar qəbul edib.
Publika.az xəbər verir ki, hökumət FİFA məmurlarını vergi güzəştlərindən məhrum edib. Buna səbəb 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin müəyyənləşməsi ilə bağlı yayılan rüşvət söz-söhbəti olub.
Bu barədə məlumatı İsveçrənin ədliyyə naziri Simonetta Somaruqa verib. FİFA məmurlarının vergi güzəştlərindən məhrum edilməsi məsələsi hələ 2011-ci ildə də gündəmə gəlmişdi. İsveçrə hökuməti ölkə ərazisində yerləşən digər beynəlxalq təşkilatlarla bağlı da belə qərar qəbul etmək niyyətindədir. İlk növbədə UEFA, Beynəlxalq Olimpiya Komitəsi (BOK) vergi güzəştindən məhrum oluna bilər.
İsveçrə hökuməti vergi güzəştləri tətbiq etməklə 30-a yaxın beynəlxalq təşkilatın bu ölkənin ərazisində fəaliyyət göstərməsinə şərait yaratmışdı. Hökumət onların fəaliyyətindən hər il təxminən 5 milyard dollar gəlir götürür.
Ancaq sona vaxtlar beynəlxalq təşkilatlarla bağlı yaranan rüşvət qalmaqalı İsveçrə hökumətini düşünməyə vadar edib. Hökumət ölkənin imicinə zərər vurulmasından ehtiyatlanır.
İsveçrəli deputat Roland Byuxel məsələni belə şərh edib:
“İndi FİFA məmurlarının hesabları ən qəddar diktatorların hesabları necə yoxlanılırsa, elə yoxlanılacaq. FİFA-nın keçmiş prezidenti Joao Avelanj kimi məmurlar korrupsioner əməlləri ilə idmanın inkişafına sarsıdıcı zərbə vururlar”.
-
İdman14:06
Mbappe Madridə bu gözəllə köçəcək - FOTOLAR
-
Hadisə13:41
Bakıda dəhşət: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü - Hər ikisi...
-
Dünya13:11
Rusiyada Hitlerin fanatı həbs olundu
-
Hadisə12:31
Bakı metrosunda faciəli şəkildə ölən kişi TANINMIŞ ŞƏXSİN QARDAŞIDIR
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı