Cənubi Qafqaz
Keşiş Baqrat sirləri açır: sərhəddəki etirazdan öncə kiminlə gizli görüşü olub? - VİDEO
Ermənistanda “Vətən üçün Tavuş” hərəkatının lideri keşiş Baqrat Qalstyan keçmiş prezident Serj Sarkisyanla görüşüb.
Publika.az xəbər verir ki, B.Qalstyan Sarkisyanla ölkədəki vəziyyəti və hərəkatın fəaliyyətini müzakirə etdiyini bildirib.
Qalstyan qeyd edib ki, hərakata başlamamışdan 15 gün öncə keçmiş prezident Levon Ter-Petrosyanla da görüşü olub.
“Erməni Milli Komitəsinin (Ter-Petrosyanın partiyası-red) nümayəndələri ilə tez-tez görüşürük, məsləhətlər alırıq. Robert Koçaryanla isə görüş olmayıb və hələlik planlaşdırılmır”, - o deyib.
Keşiş Ermənistanın hazırkı prezidenti Vaaqn Xaçaturyanla 2018-ci il inqilab zamanı görüşdüyünü bildirib. Qeyd edib ki, Xaçaturyan o vaxt inqilaba ironiya ilə yanaşırdı, indi heç bir narahatlıq hiss etmədən, üzündəki təbəssümlə dolaşır.
Qalstyanın Sarkisyanla görüşü hərəkata müxalifət liderlərindən dəstək əldə etmək məqsədi daşıyır. Lakin əsas diqqətçəkən məqam onun Ter-Petrosyanla görüşməsi və bunun hərəkata başlamamışdan öncə etməsi, eləcə də Erməni Milli Komitəsindən bu gün də məsləhətlər almasıdır. Ter-Petrosyan Paşinyana yaxınlığı ilə tanınır, hətta onu Nikolun “mənəvi atası” adlandırırlar. Keşiş Baqratın dedikləri isə göstərir ki, bu hərəkatın başlanmasında Ter-Petrosyanın da rolu, yaxud tövsiyələri olub. Bu görüşün indiyə qədər gizli saxlanılması da diqqət çəkir.
Asif
-
Rəsmi xronika23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto


























.jpg)









