İqtisadi gündəm
Azərbaycandan keçən dəhlizə münaqişələrin təsiri var? - Hakan Fidan bəyanat yaydı
Ukraynadakı münaqişə və Qəzza sektorundakı böhran fonunda Orta (Transxəzər) nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Belə bir şəraitdə Çinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünün əhəmiyyəti də artır.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.
“Orta Dəhliz layihəsi Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı münaqişənin Qırmızı dənizə təsir etdiyi və nəticədə geosiyasi risklərin artdığı şəraitdə daha böyük əhəmiyyət kəsb edir”, - deyə nazir bildirib.
Fidanın sözlərinə görə, Orta Dəhliz Qara və Aralıq dənizi hövzələrinə, eləcə də Avropa və Afrikaya fasiləsiz və daha sürətli çıxışı təmin edir. O, 2015-ci ildə iki təşəbbüsün uyğunlaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə Çin ilə anlaşma memorandumu imzalandığını xatırladıb və Orta Dəhliz ilə Bir Kəmər və Yol Təşəbbüsü, eləcə də “Yol” kimi digər regional layihələr arasında sinerji yaradılmasının vacibliyini vurğulayıb.
Hakan Fidan bildirib ki, Orta dəhliz sayəsində Avropa ilə Asiya arasında quru yolu 2 min km, dəniz yolu isə 15 gün azalıb.
Xatırladaq ki, Orta (Transxəzər) beynəlxalq nəqliyyat marşrutu Çindən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropa ölkələrinə keçir. Daşıma dəmir yolu və dəniz nəqliyyatını (Xəzər dənizi boyu) əhatə edir. Marşrutun uzunluğu 11 min km, ötürmə qabiliyyəti ildə 4,5 milyon tondan 27 milyon tona qədərdir.
Adəm Abbaslı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO





























.png)

.jpg)





