İdman
"Qarabağ"ın 828 günlük seriyası qırıldı
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb.
Publika.az xəbər verir ki, 35-ci turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu mövsüm öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.
2021/22 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.
Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriya “Qarabağ”ın tarixində rekorddur.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.
Heybət
-
Nəqliyyat22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin122:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin220:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA
-
Magazin119:48
Özge Arzu Əliyeva ilə bir arada - FOTO/VİDEO
-
Kriminal19:24
Mənsurə Cavid qətlə yetirildi - FOTO