İdman
Ulduz futbolçu "Sabah"dan ayrıldığını açıqladı

Seneqallı müdafiəçi Abdulaye Ba "Sabah"dan ayrılıb.
Publika.az xəbər verir ki, 32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə Ba sosial şəbəkə hesabında məlumat verib. O, "Sabah"la və azarkeşlərlə vidalaşıb:
"Sabah"la müqaviləmin müddəti başa çatıb və bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız".
Qeyd edək ki, karyerası ərzində "Porto", "Fənərbağça", "Rayo Valyekano" kimi klubların formasını geyinən təcrübəli futbolçu 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə meydana çıxdığı 22 oyunda 2 qolla yadda qalıb.
Heybət

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO