İdman
Adını "Qarabağ"ın tarixinə yazan futbolçu karyerasını bitirdi

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem karyerası ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi 34 yaşında karyerasını yekunlaşdırıb. O, son olaraq çıxış etdiyi "Qostivar"da köməkçi məşqçi vəzifəsində çalışacaq.
Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib. O, adını Ağdam təmsilçisinin tarixinə yazdıra bilib. Makedoniyalı futbolçunun 2014/2015 mövsümündə "Tvente"yə vurduğu qol sayəsində "köhlən atlar" ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Muarem Muarem karyerası ərzində "Rabotniçki", "Teteks", "Orduspor", "Aktobe", "Eskişehirspor" və "Flamurtari"də də top qovub.
Heybət

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi