İdman
Messi "Barselona"nı aldadıb? - Klub bəyanat yaydı

Lionel Messinin "İnter Mayami" ilə anlaşdığını elan etməsindən sonra "Barselona" bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda bir sıra maraqlı məqamlar açıqlanıb. Argentinalı futbolçuya uyğun təklfi edilməsinə rəğmən seçimini Mayami təmsilçisindən yana etdiyi vurğulanıb:
"Həftənin bazar ertəsi, yəni iyunun 5-də Lionel Messinin atası və nümayəndəsi Xorxe Messi klub prezidenti Xuan Laportaya oyunçunun "İnter Mayami"yə keçidi barədə məlumat verib. Baxmayaraq ki, Lionel Messinin yenidən "göy-qırmızı" formanı geyinməsi üçün həm klub, həm də oyunçunun istəyinə uyğun təklif irəli sürülmüşdü. Prezident Laporta Messinin daha az tələbkar, diqqətdən və son illər rastlaşdığı təzyiqdən uzaq olan bir çempionatda oynamaq qərarını anlayıb və hörmət göstərmişdir.
Eyni zamanda Xuan və Xorxe hər zaman sevilən və seviləcək Messinin şərəfinə mərasimin keçirilməsi üçün birlikdə hazırlıq işlərini görəcəklərinə dair razılıq əldə ediblər".
Heybət

-
Nida Xəbər 23:15
Qarabağda nə qədər erməni qalıb? - BMT açıqladı
-
İdman22:05
Ərəblər Qasım Süleymaniyə görə Tehranda meydana çıxmadılar
-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi