Messi PSJ-yə problem yaradırmış: Onun başı çatmır
Bizi izləyin

İdman

Messi PSJ-yə problem yaradırmış: Onun başı çatmır

PSJ-nin sabiq futbolçusu Jerom Roten Lionel Messini kəskin tənqid edib.

Publika.az xəbər verir ki, o, argentinalı futbolçunun PSJ-dəki davranışının yanlış olduğunu deyib. "RMC Sport"a danışan Fransa millisininz sabiq üzvü bunları söyləyib:

“Messinin məşqi yarımçıq tərk etdiyi günü xatırlayırsınız…Klub bütün bunları gizlətdi, guya zədə səbəbindən olmuşdu hadisə. Bu doğru deyildi. Səbəb o idi ki, məşqdə təklif olunanlar cənabın xoşuna gəlmirdi. Onun başı çatmır, bu səbəbdən məşqi yarımçıq qoymuşdu.

Paltardəyişmə otağına gedib duş qəbul etdi və uzaqlaşdı. Bu fakt göstərir ki, komanda yoldaşlarına və məşqçiyə nə dərəcədə hörmət qoyurdu. Messi tez-tez məşqlərin tempini dəyişmək istəyirdi. Səhərlər məşq etmək istəmirdi. Bir neçə dəfə demişdi ki, səhər məşq etmək yaxşı deyil. Xoşbəxtlikdən məşqçilər korpusu təslim olmadı. Bütün bunlar ona dəlalət edir ki, argentinalı nələrisə dəyişmək arzusunda idi, mühitə alışmaq yox”.

Qeyd edək ki, Messinin PSJ ilə sözləşməsi iyunun 30-da başa çatacaq. Bir gün sonra isə o, "İnter Mayami" ilə müqavilə imzalayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm