Ona iki yerdən elçi gəlib - Qərar nə olacaq?
Bizi izləyin

İdman

Ona iki yerdən elçi gəlib - Qərar nə olacaq?

"Çelsi" və "Real" "İnter"in hücumçusu Lautaro Martinezi transfer etmək üçün rəqabət aparır.

Publika.az xəbər verir ki, məlumatı “The Times” yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə nəhənginin ardından "kral klubu" da argentinalı hücumçuya elçi düşüb.

Martinezin Avropa nəhənglərinin hədəfinə çevrilməsinə səbəb "İnter"dən ayrılmaq istəyi ilə bağlı verdiyi açıqlama olub. Hər iki klub Çempionlar Liqasının final matçından sonra "İnter"ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Lautaronun komandası "İnter" ÇL-in iyunun 9-da keçiriləcək finalında "Mançester Siti" ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm