İdman
"Neftçi" indi də bu türkiyəli mütəxəssisi gətirir - ÖZÜ TƏSDİQLƏDİ
"Mənə "Neftçi" adına bir şəxsdən zəng gəldi. Bildirdi ki, mənimlə danışıqlar aparmaq istəyirlər. Buna görə sənəd göndərdi, mən də imzaladım".
Bu sözləri Publika.az-a açıqlamasında adı "Neftçi"ylə yanaşı hallanan Hikmət Karaman deyib. O, "ağ-qaralar"la çalışmaq istədiyini bildirib:
"Mənə dedilər ki, Sərgən Yalçından əvvəl sizi düşünürdük. Amma onunla bağlı məsələ bitib. Sərgən məsələsinin bağlandığını bildirdilər. Buna görə danışıqlar aparmaq istədiklərini bildirdilər".

63 yaşlı mütəxəssis Azərbaycanda çalışmağa cani-könüldən razı olduğunu bildirib:
"Azərbaycan futboluna çalışmağa deyil, xidmət etməyə gələrəm. Sizə olan sevgim sonsuzdur. Mən Avropada olanda Azərbaycan milli komandasının oyunlarını izləmişəm. Mən bunu kiminsə istəyi ilə etməmişəm, özüm istəmişəm. Futbolunuzdakı problemlərin bir qismindən xəbərdaram. Mən ora əcnəbi kimi gəlmək istəmirəm. Bahalı transferlər, şan-şöhrət arxasınca düşmək fikrim yoxdur.
"Neftçi" "Beşiktaş", "Qalatasaray", "Fənərbağça" kimi böyük və köklü klubdur. İlk məqsədim komandanı "Qarabağ"la yüksək rəqabətə hazır olacaq səviyyəyə gətirmək və yerli futbolçular yetişdirmək olacaq. Bizim problemimiz budur. Heç bir əcnəbi gəlib futbolumuza yerli, gənc futbolçu qazandırmayıb. Bunu ancaq özümüzkülər, can yandıranlar edə bilər. Əvvəl əsas komandanı gücləndirib, sonra istedadları tapmalıyıq. Mən futbol təhsilimi, praktikamı Almaniyada almışam. Orada öyrəndiklərimi Azərbaycanda tətbiq etməyə hazıram".
Heybət Məmmədov
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO

















.jpg)














