"Arsenal" tarixinin ən bahalı transferini həyata keçirdi - FOTO
Bizi izləyin

İdman

"Arsenal" tarixinin ən bahalı transferini həyata keçirdi - FOTO

İngiltərənin "Arsenal" klubu "Vest Hem"in futbolçusu Deklan Raysı heyətinə qatıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, ingilis klubu 24 yaşlı yarımmüdafiəçini 116 milyon avro (100 milyon funt sterlinq) və əlavə 5,8 milyon avro müqabilində transfer edib. Bununla da “Arsenal” tarixinin ən bahalı transferini həyata keçirib. O vaxta qədər klubun rekord imzası “topçular”ın 2019-cu ildə “Lill”dən 83,8 milyon avroya (72 milyon funta) aldığı yarımmüdafiəçi Nikolas Pepenin transferi olub.

Məlumat üçün bildirək ki, 24 yaşlı ingilis Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşında “Vest Hem”ə keçib. O, çəkiclərin heyətində ümumilikdə 245 oyun keçirib, 15 qol vurub və komanda yoldaşlarına 13 məhsuldar ötürmə edib. Rays finalda “Fiorentina”nı məğlub edərək “Vest Hem”lə Konfrans Liqasının qalibi olub.

Deklan Rays 2022/2023 mövsümündə köhnə komandası ilə Premyer Liqada 37 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm