UEFA-dan bu nəhənglərə xəbərdarlıq - Əl-qolları bağlandı
Bizi izləyin

İdman

UEFA-dan bu nəhənglərə xəbərdarlıq - Əl-qolları bağlandı

UEFA “Real” və “Barselona”nı xəbərdar edib ki, gələcək gəlir mənbələri – o cümlədən yayım sövdələşmələri və digər media aktivlərinin satışından əldə edilən pul vəsaitləri Maliyyə Fair Play (FFP) prosesində qanuni mənfəət kimi qəbul edilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilir ki, bu qərar “Barselona”nı böyük təzyiq altında qoyub. “Real”ın da Cud Bellinqemdən sonra transfer bazarında fəal olmamasının səbəbi də məhz budur.

UEFA “Barselona”nın keçən yay bir sıra gələcək gəlir mənbələrini təxminən 700 milyon avroya satmasını borc kimi qiymətləndirib. “Real”ın keçən ilin yayında “Santyaqo Bernabeu” stadionunda yenidənqurma işlərini amerikalı sərmayəçi “Sixth Street”ə 360 milyon avroya satması da borc hesab olunub.

Hər iki klubun maliyyə nəticələrində bu avans ödənişləri mənfəət kimi təqdim edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm