İdman
Ronaldonun İrinası görün indi kiminlə eşq yaşayır - FOTO/VİDEO
Rusiyalı supermodel İrina Şeyki xatırlayırsınız? O, təxminən 5 il əvvəl Kriştiano Ronaldo ilə münasibətdə idi. İndi isə bir çoxunun yaxından tanıdığı ulduz Tom Bredi ilə eşq yaşayır.
Tom amerika futbolunun sabiq üzvüdür. Bu ilin fevralın 1-də karyerasını başa vuran 45 yaşlı superulduz bu idman növündə bütün zamanların ən məşhur siması hesab edilir.

2015-ci ildə Ronaldo ilə ayrıldıqdan sonra Şeyk aktyor Bredli Kuperlə görüşməyə başladı. Hətta onların Lea adlı bir qızı da var idi. Ancaq bir neçə il sonra cütlük ayrıldı. Rusiyalı model Leonardo Di Kaprio da daxil olmaqla bir çox ulduzla münasibət qurdu.
İrinanın həyatında idmanla əlaqəli olan Tom peyda olub. Super modelin “Super Boul”un 7 qat qalibi birlikdə olduğunu əminliklə demək olar. Modellə idmançının sevgil olmasıyla bağlı ilk söz-söhbətlər iyun ayından yayılıb.

Çünki Tomıla Şeyk artıq vaxtlarını bir yerdə keçirirlər. Sabiq amerika futbolçusu yeni sevgilisini Los-Ancelesdəki evində qalmağa dəvət edib. Onlar bir gecə Bredinin evində gecələyiblər. “Daily Mail”in məlumatına görə, Tom onu Los-Ancelesdəki oteldən birbaşa evinə aparıb. Ertəsi gün səhər saat 9:30 radələrində onun malikanəsini tərk ediblər.

Şeyklə münasibətdən əvvəl Tom Bredi başqa bir məşhur model Jizel Bündhenlə evli olub. 2009-cu ildən birlikdə yaşasalar da, keçən il boşanıblar.

-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto






































