Almaniya millisinin baş məşqçisi istefaya göndərildi
Bizi izləyin

İdman

Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Flick istefaya göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.

Flick 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında milli Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin oyunlarından birində Yaponiyaya uduzaraq pley-offa çıxa bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm