İdman
Ermənistanda "kor" olan UEFA Rumıniyada aləmi bir-birinə qatdı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rumıniya - Kosovo oyunu azarkeşlərin siyasi pankart nümayiş etdirməsi səbəbindən dayandırılıb.
Publika.az xəbər verir ki, bu səbəbdən qarşılaşmada təxminən 50 dəqiqəlik fasilə yaranıb.
Buxarestdə baş tutan görüşün 18-ci dəqiqəsində baş hakim Villi Delayau komandaları meydandan çıxarmağa qərar verib. UEFA dərhal reaksiya verərək oyunun “tamaşaçıların ayrı-seçkilik hərəkətləri” səbəbindən yarımçıq dayandırıldığını qeyd edib.
Konkret desək, tribunalarda “Kosovo Serbiyadır” yazısı olan pankart açılması hadisənin əsas səbəbidir.
Maraqlıdır ki, UEFA 2 gün öncə həmin turnir çərçivəsində keçirilən Ermənistan - Xorvatiya matçında yaşanan məlum "bayraq" qalmaqalına görə heç bir tədbir görməyib. Nə oyun dayandırılıb, nə də sonra hadisəylə bağlı açıqlama verilib. Bu da qitənin ali futbol qurumunun ikili standartlara yol verməsinin bariz göstəricisidir.
Heybət
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO