İdman
Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub
Oktyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub.
Publika.az xəbər verir ki, Mehriban Əliyevaya məlumat verən gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq bildirdilər ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırıldı ki, burada işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.
Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış olub, yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır.
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirilib. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olunub. Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO