İdman
“Snayper” hərəkəti ona baha başa gəldi – VİDEO
Fransa 1-ci Liqasında 10-cu turun açılış oyunu Lans şəhərində baş tutub.
PSG "Lans"in qonağı olub. Meydan sahibləri ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. Publika.az xəbər verir ki, 4 topun vurulduğu oyunda hər iki komanda oyuna azlıqda yekun vurub.
Matçda hesab 10-cu dəqiqədə açılıb. Gözlənilənin əksinə olaraq, "Lens" fərqlənib. Adamo Kolubalinin qolu ilə üstünlük qazanan meydan sahibləri 28-ci dəqiqədə Yohan Kabayın qoluna əngəl ola bilməyib. 33-cü dəqiqədə Maksvell PSJ-ni önə keçirib: 2-1. Fasilədən sonra 53-cü dəqiqədə "Lens"dən Filipp Qbamin 2-ci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
55-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Edinson Kavani hesab arasındakı fərqi 2-ə çatdırıb. Lakin qol sevincini qeyd etmə tərzinə görə hakimdən sarı vərəqə alıb, etiraza görə ikinci sarı vərəqəyə layiq görülüb və uruqvaylı da soyunub-geyinmə otağına yollanıb.
Belə ki, idmançı qol sevincini yaşayarkən snayper işarəsi göstərib. Bu da ona baha başa gəlib. Bu zaman sarı vərəqə alıb, hakimə etiraz edən zaman isə növbəti sarı vərəqəsini alıb.
59-cu dəqiqədə "Lans"in daha bir futbolçusu Jerom Lemuan da qırımızı vərəqə alaraq meydandan qovulub. Matç isə PSJ-nin 3-1 hesablı qələbəsi ilə bitib.
Lans 1-3 PSJ
Aygün İlqarqızı
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı