İdman
Azərbaycanda futbolu pul üçün oynayırlar - Foqtsdan şok açıqlama
"Artıq Azərbaycan yığmasında işləməkdən təngə gəlmişdim. Ardıcıl məğlubiyyətlər mənim orada daha çox işləməyimə əngəl oldu".
Publika.az xəbər verir ki, bu sözləri Futbol üzrə Azərbaycan Milli Yığmasının keçmiş başq məşqçisi Berti Foqts Almaniya mətbuatına verdiyi müsahibəsində deyib.
İstefasının səbəblərini açıqlayan Foqts deyib ki, İtaliyaya qarşı oyundan 3 gün sonra Xorvatiya ilə matça futbolçularda oynamağa güc qalmamışdı.
"Ona görə ki, 7 illik fəaliyyətim dövründə futbolçulardan yalnız çox çalışmalı, çox qaçmalı olduqlarını tələb etsəm də, məni eşidən olmadı. Avroliqada oyun keçirən komanda 4-5 gün ərzində heç bir şey etmirdi. Məşq də olmurdu. Bu səbəbdən İtaliyaya qarşı oyunda futbolçular həvəssiz idilər. Belə davam edə bilməzdim. Ona görə də məntiqli addım atdığımı düşünürəm", - Foqts əlavə edib.
Mütəxəssis deyib ki, onun vaxtında Azərbaycan millisinin xeyli uğurları da olub: "Mənim vaxtımda Azərbaycan yığması dünya reytinqində 147-ci pillədən 73-ə yüksəldi. Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar. Orada futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orada təkmilləşəcəklərini məsləhət görürdüm. Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də ölkə xaricinə getmirdilər".
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf