“Çelsi” qələbə qazandı - VİDEO
Bizi izləyin

İdman

“Çelsi” qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasının 7-ci turunun yekun oyunu “Fulhem” və “Çelsi” arasındakı Qərbi London derbisinə təsadüf edib.

Publika.az xəbər verir ki, matç Londonun “Kreyven Kottec” stadionunda baş tutub.

Tim Robinsonun başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi matçda “zadəganlar” inamlı qələbə qazanıblar.

Belə ki, oyunda hesab erkən açılıb: 18-ci dəqiqədə “mavilər”in ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik fərqlənib. Ona məhsuldar ötürməni Levi Kolvill edib. Cəmi bir dəqiqə sonra qonaqlar hesabdakı üstünlüklərini artırıblar: albaniyalı Armando Broya qola imza atıb. Qarşılaşmanın ikinci yarısı isə qolsuz davam edib.

Qeyd edək ki, bu qələbə sayəsində “Çelsi” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Zadəganlar”ın 7 oyundan cəmi 8 xala gücü çatıb. Londonun ən əski klubu olan “Fulhem”in də eyni sayda xalı olmasına baxmayaraq, top fərqinə görə “mavi”lərdən 2 pillə geri qalırlar.

Hazırda turnir cədvəlinə “Mançester Siti” başçılıq edir: komanda mümkün 21 xaldan 18-ni toplaya bilib. “Şəhərlilər”in ən yaxın izləyiçiləri Londonun “Tottenhem” (17 xal) və “Arsenal” (17), habelə Liverpulun eyniadlı komandasıdır (16).

Xatırladaq ki, 7-ci turun mərkəzi qarşılaşması “Tottenhem Hotspur” stadionunda baş tutub. “Tottenhem”in “Liverpul”u qəbul etdiyi matçda ev sahibləri qalib ayrılıblar. Dramatik keçən oyun ciddi hakim səhvləri ilə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm