Xaldun Əl Mübarək Türkiyə nəhəngini də alır?
Bizi izləyin

İdman

Xaldun Əl Mübarək Türkiyə nəhəngini də alır?

"Mançester Siti"nin sahibi olan "City Football Group" şirkəti Türkiyədə klub almaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

Bildirilir ki, Qətərli iş adamı Xaldun Əl Mübarəkə məxsus olan şirkət "Başakşəhər"in səhmlərinə sahib olmaq istəyir. Bu məqsədlə kluba rəsmi təklif göndərilib.

"City Football Group" 2020/21 mövsümündə ölkə çempionu olan İstanbul təmsilçisinin səhmlərinin 40 faizini almaq istəyir.

Qeyd edək ki, "City Football Group" şirkəti "Mançester Siti", "Nyu York Siti", "Melburn Siti", "Yokohama", "Montevideo Siti", "Jirona", "Şuan Ciuniu", "Mumbay Siti", "Lommel", "Esparens", "Palermo", "Bahia" və "Bolivar Siti" kimi klubların tam hüququlu sahibi və ya səhmdarlarındandır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm