İdman
Azərbaycan millisi Avropa çempionatına gedə bilər - ÜMİDİMİZ ONLARA QALIB
Futbol üzrə milli komandamız Avro-2024-ə vəsiqə qazana bilər.
Publika.az xəbər verir ki, bunun seçmə mərhələ vasitəsilə mümkün olmayacağı dəqiqdir. Çünki komandamız qrupda cəmi 4 xal toplayıb. Canni de Byazinin rəhbərlik etdiyi kollektivin bundan sonra heç bir şansı qalmayıb.
Ümidlər seçmə mərhələdə mübarizə aparan digər komandalarıdır. Söhbət Millət Liqasının C divizionundan pley-offa vəsiqə qazanan millilərdən gedir. Bu hüquqa 4 yığma yiyələnib - Gürcüstan, Yunanıstan, Türkiyə və Qazaxıstan. Bu komandalar seçmə mərhələdən Almaniyada keçiriləcək Avropa çempionatına yollanarsa, ən yaxşı qrup ikincisi olan və sonrakı sıralarda qərarlaşan millilər üçün şans yaranacaq.
Azərbaycan qrup ikincisi olan kollektivlərin sırasında yalnız Lüksemburqdan geri qalır. Bu o deməkdir ki, adları yuxarıda qeyd edilən 4 komandadan 2-si AÇ-yə seçmə mərhələdən vəsiqə qazanmalıdır. Ötən gün keçirilən oyunlardan sonra qardaş ölkənin yığması buna nail olub. Bu o deməkdir ki, artıq lüksemburqluların yolu açılıb. İndi bizim komandanın növbəsidir.
Gürcüstanın vəsiqə şansı qalmadığından, ümidimiz Yunanıstan, Qazaxıstan və Lüksemburqa qalıb. Bəli, nə qədər qəribə olsa da, bu 3 komanda seçmə mərhələdə Almaniyda keçiriləcək yarışa vəsiqə üçün mübarizə aparır. Yunanların taleyinə bu gün aydınlıq gələ bilər. Bunun üçün Ellada təmsilçisi Niderland millisinə 4 top fərqi ilə qalib gəlməlidir. Bu, real olmasa da, qazanılacaq qələbə həm onların, həm də bizim şansımızı artıracaq.
Lüksemburq yığmasının da taleyi öz əlindədir. Bunun üçün komanda bu gün keçiriləcək görüşdə Slovakiyaya qalib gəlməlidir. Belə olan halda lüksemburqlular J qrupunda ikinci sıraya yüksələcək və son 2 turda vəsiqəni qorumaq uğrunda mübarizə aparacaq.
H qrupunda yer alan Qazaxıstanın vəsiqə şansı öz əlində deyil. Ötən tur Danimarkaya məğlub olan qazaxların ümidi Allaha qalıb.
İstənilən halda, bu 3 komandadan heç olmasa biri Avropa çempionatına vəsiqə qazanmalıdır. Belə olan halda bizim üçün şans yaranacaq.
Heybət
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir