İdman
"Sabah” səfərdə “Neftçi”ni məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Publika.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib.
“Neftçi Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir dəqiqə sonra “Sabah”dan Boyan Letiç qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra “ağ-qaralar” 15 xalla beşinci pillədə qalıb. “Bayquşlar” isə 13 xalla səkkizincidir.
Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb.
XI tura sabah “Araz-Naxçıvan” - “Qarabağ” oyunu ilə yekun vurulacaq.
Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i dörd cavabsız qolla üstələyib. “Zirə” - “Səbail” matçında isə qalib müəyyənləşməyib - 2:2.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO