İsraillə Fələstinin bu qurumları can deyib, can eşidirlər
Bizi izləyin

İdman

İsraillə Fələstinin bu qurumları can deyib, can eşidirlər

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax İsrail və Fələstin münaqişəsi ilə bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, iki ölkənin milli olimpiya komitələri arasında uzun illər davam edən qarşılıqlı fəaliyyət nümunəsi əsasında sülhün mümkünlüyündən bəhs edib:

“İsrail və Fələstin məsələsində bizim bir üstünlüyümüz var. Çünki olimpiya hərəkatının siyasi aləmdə gərgin olan iki dövlətin probleminin həllində böyük rolu olur. Uzun müddətdir ki, iki milli olimpiya komitəsi dinc və birgə münasibətdədirlər. Bu vəziyyət bizə hər iki tərəflə əlaqə saxlamaq imkanı verir”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm