Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi: Səhhəti pisləşib
Bizi izləyin

İdman

Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi: Səhhəti pisləşib

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısının keçiriləcəyi barədə məlumat vermişdik. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.

Amma 3 saat sonra federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.

Publika.az-ın əldə etdiyi məlumata görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm