Futbolçu matç zamanı sehrli fənd göstərdi - FOTO/VİDEO
Bizi izləyin

İdman

Futbolçu matç zamanı sehrli fənd göstərdi - FOTO/VİDEO

Qətərli hücumçu Əkrəm Afif İordaniya millisi ilə 2024-cü il Asiya Kubokunun final matçında sehrbazlıq edib.

Publika.az xəbər evrir ki, bu barədə "Championship" məlumat yayıb .

27 yaşlı futbolçu 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək Qətəri önə keçirib. Sonra o, kart hiyləsi edərək qolu qeyd edib. Belə ki, corabından bir dəst kart çıxardıb. Daha sonra o, kartdakı şəklini göstərib, kartı silkələyib və şəkil dəyişib.

Qətərin “Lusail İkonik” stadionunda baş tutan görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qaliblər arasında Afif het-trik edib. İordaniyalıların yeganə qolu Əl-Namat vurub. Beləliklə, Qətər millisi tarixində ikinci dəfə Asiya kubokunun qalibi olub.

2018-ci ildən Afif Qətərin “Əl-Sədd” klubunda çıxış edir. O, həmçinin Belçikanın “Eupen” klubunda oynaması ilə də tanınır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm