İdman
“Qarabağ”-“Sabah” oyununda qalib müəyyənləşmədi
Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Publika.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.
Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. “Tələbələr” 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 28 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA