İdman
"Qoca" yenə tarixə düşdü
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Portu" "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, "əjdahalar"ın müdafiəçisi Pepe bu görüşdə start heyətdə yer alıb. Pepe Çempionlar Liqasının pley-off mərhələsində "ilk 11-lik"də meydana çıxdan ən yaşlı oyunçu olub - (40 yaş 360 gün).
Portuqaliyalı ulduz futbolçu Çempionlar Liqasının pley-off mərhələsi tarixinin ən gənc oyunçusu - "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamaldan (16 yaş 223 gün) 24 yaş böyükdür.
O, qrup mərhələsində də analoji formada tarixə düşmüşdü.
Pepe karyerası ərzində yalnız 2 klubda "Porto" (2004-07 və 2019-...) və "Real"da (2007-2019) çıxış edib. Bu mövsüm müdafiəçi "Porto"nun heyətində bütün turnirlərdə 23 oyun keçirib və 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi bu ilin iyunun sonuna kimi qüvvədədir.
Heybət
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”