Məşqçilərə də yaş limiti qoyulacaq?
Bizi izləyin

İdman

Məşqçilərə də yaş limiti qoyulacaq?

“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York 76 yaşlı Roy Hocsonun səhhəti ilə bağlı “Kristal Palas”ın baş məşqçisi vəzifəsindən getdikdən sonra gənc mütəxəssislərə daha çox şans verilməsi üçün Premyer Liqa rəhbərliyinə yaş məhdudiyyəti qoyulmasına çağırıb.

Publika.az xəbər verir ki, York bu qərarına gənc mütəxəssislərə daha çox imkanlar verəcəyini hesab edir:

“Roy Hodcson karyerası boyunca etdikləri ilə tamamilə parlaq idi. Məncə, gənc məşqçilərə şans verilməlidir. Roya gördüyü işlərə görə hörmət edilməlidir. Lakin elə bir vaxt gəlir ki, 70 yaşdan yuxarı peşəkarlar kənara çəkilməli olurlar.

Oyunçular kimi onlar da təqaüdə çıxmalıdılar. Mən demirəm ki, onlar futboldan tamam getməlidilər. Roy yaxşı futbol direktoru ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm