Oyuna 1 saat qalmış infarkt keçirdi: Matç təxirə salındı, özü isə...
Bizi izləyin

İdman

Oyuna 1 saat qalmış infarkt keçirdi: Matç təxirə salındı, özü isə...

"Fiorentina"nın baş direktoru Co Barone infarkt keçirib.

Publika.az xəbər verir ki, İtaliya A Seriyasının 29-cu turunun "Atalanta" - "Fiorentina" matçına 1 saat qalmış stadionda onun səhhəti pisləşib. Funksioner dərhal xəstəxanaya yerləşdirilib.

Jurnalist Nikolo Şiranın sözlərinə görə, funksioner Milanda yerləşən San Raffaele xəstəxanasının kardiocərrahiyyə şöbəsinə yerləşdirilib. Kliniki vəziyyəti kritik, lakin ümumi vəziyyət stabildir.

Qeyd edək ki, 57 yaşlı Co Barone 2019-cu ilin noyabrından Florensiya klubduna çalışır. Qeyd edək ki, "Atalanta" - "Fiorentina" oyunu təxirə salınıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm