İrqçiliyə görə düşərgədən qovuldu
Bizi izləyin

İdman

İrqçiliyə görə düşərgədən qovuldu

“İnter”in müdafiəçisi Françesko Açerbi “Napoli”nin futbolçusu Joao Jesusa qarşı irqçi ifadələr işlətdiyi üçün İtaliya yığmasından kənarlaşdırılıb.

Publika.az xəbər verri ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Martın 17-də A Seriyasının 29-cu turunun oyununda “İnter” “Napoli” ilə qarşılaşıb. Oyun zamanı Açerbi ilə Jesus arasında qarşıdurma baş verib və bu zaman Françesko irqi söyüş işlədib.

Buna görə də İtaliya millisinin Venesuela və Ekvador milliləri ilə qarşılaşmalarını buraxacaq.

Bu mövsüm İtaliya çempionatının 29 turundan sonra “neradzurri” “Milan”ı 14 xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədir. “Napoli” yeddinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm