İdman
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 2 oyun cəzalanması, “İmişli” klubunun 150 manat cərimə edilməsi (2023/2024 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 39.1-ci maddəsi) barədə AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarı dəyişdirilib.
Futbolçunun 2 oyunluq cəzası 1-ə endirilib. Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı