Baş məşqçi casusluq qalmaqalının qurbanı oldu
Bizi izləyin

İdman

Baş məşqçi casusluq qalmaqalının qurbanı oldu

Kanada Olimpiya Komitəsi ölkənin qadın olimpiya futbol komandasının baş məşqçisi Bev Priestmanı vəzifəsindən kənarlaşdırıb.

Publika.az xəbər verir ki, bu qərara səbəb dünya miqyasında rezonans doğuran dronlardan istifadə edilərək casusluqla bağlı qalmaqal olub.

Bazar ertəsi, iyulun 22-də Kanada Futbol Federasiyasının əməkdaşı tərəfindən idarə olunan pilotsuz təyyarə Yeni Zelandiyanın Kanada ilə açılış oyunundan bir neçə gün əvvəl rəqibin məşqini çəkib.

Priestman hadisəyə görə rəqib komandasından üzr istəyib və bütün məsuliyyətin onun üzərinə düşdüyünü bildirib.

İndi 2024-cü il Oyunlarında Kanada komandasına əvvəllər Priestmanın köməkçisi vəzifəsində çalışmış Endi Spens rəhbərlik edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm