Qvardiolanın yeni hədəfi: Dünyanın ən bahalı ikinci gəncini...
Bizi izləyin

İdman

Qvardiolanın yeni hədəfi: Dünyanın ən bahalı ikinci gəncini...

"Bayern"in yarımmüdafiəçisi Camal Musiala yay transfer pəncərəsində "Mançester Siti"yə keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunur ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola gənc futbolçunun transferində şəxsən maraqlıdır. İspan mütəxəssis komandasında daha çox hücumameyilli yarımmüdafiəçilər görmək istəyir. Bu mənada bir nömrəli seçim Musialadır.

"Bayern" ən istedadlı oyunçusundan ayrılmaq niyyətində deyil. Onun Münhen klubu ilə müqaviləsinin bitməsinə 2 il qalıb. Hazırda klub futbolçu ilə sözləşməni yeniləmək fikrində deyil. Anlaşmanın uzadılması ilə bağlı qərar “pivəçilər”in Çempionlar Liqasındakı nəticələrindən asılı olacaq.

Qeyd edək ki, 21 yaşlı Musiala dünyanın ən bahalı 8-ci futbolçusudur. "Transfermarkt"ın məlumatına görə, onun dəyəri 110 milyon avrodur. O, gənc futbolçular sırasında dəyərinə görə ikincidir. Camal yalnız "Real"dakı həmkarı Cud Bellinqemdən (180 milyon avro) geri qalır.

Heybət

Jamal Musiala second in Golden Boy award I FC Bayern

Oxumağa davam et
Reklam
Reklam

Gündəm