"Qalatasaray" vacib üç xal qazandı
Bizi izləyin

İdman

"Qalatasaray" vacib üç xal qazandı

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm