"Real" azarkeşləri Xavini belə ələ saldılar - VİDEO
Bizi izləyin

İdman

"Real" azarkeşləri Xavini belə ələ saldılar - VİDEO

La Liqanın 32-ci turu çərçivəsində “Real” – “Barselona” oyunu keçirilib. "Santyaqo Bernabeu"da baş tutan görüş madridlilərin 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, “Los Blankos”un azarkeşləri diqqət mərkəzinə düşüblər. Onlar “Barsa”nın baş məşqçisi Xaviyə ironiyalı zarafat ediblər. Madridistalar matçın gedişində “Xavi, qal!” şüarlarını səsləndirməyə başlayıblar.

Qeyd edək ki, “Barselona” tarixində "El Klassiko"da ardıcıl 4 məğlubiyyət alan ikinci məşqçi olan Xavi mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm