Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
Bizi izləyin

İdman

Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı

İngiltərə Premyer Liqasında çıxış edən iki gənc futbolçunun zorlama ittihamı ilə saxlanılması futbol ictimaiyyətini sarsıdıb.

Publika.az xəbər verir ki, hər iki futbolçunun 19 yaşında olduğu və eyni klubda çıxış etdiyi bildirilib.

Məlumata görə, polislər qəfil adı açıqlanmayan kluba gələrək şəxsi otaqda iki futbolçudan biri ilə görüşüblər.

Klub sözçüsü onu da qeyd edib ki, hazırda hadisə tamamilə polisin nəzarətindədir və onlar məsələ ilə bağlı açıqlama verməyəcəklər.

"The Sun"un əldə etdiyi məlumata görə, oyunçulardan biri zorlama və təcavüzə köməklik etmək ittihamı ilə nəzarətə götürülüb və sorğu-sual edildikdən sonra bir gecə kamerada gecələyib. Digər 19 yaşlı oyunçunun isə ertəsi gün zorlamada şübhəli bilinərək dindirildiyi bildirilib.

Hadisə ilə bağlı istintaq davam edərkən, futbolçular girov qarşılığında zaminə buraxılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm