İsak əfsanəni taxtdan saldı
Bizi izləyin

İdman

İsak əfsanəni taxtdan saldı

İngiltərə Premyer Liqasının 35-ci turunda “Şeffild Yunayted”lə oyunda (5:1) dubla imza atan “Nyukasl”ın hücumçusu Aleksandr İsak bu mövsüm artıq 19 qol vuraraq Premyer Liqa tarixinin ən yaxşı isveçli bombardiri olub.

Publika.az xəbər verir ki, İsak “Mançester Yunayted”in keçmiş hücumçusu Zlatan İbrahimoviçin nailiyyətini geridə qoyub . O, Premyer Liqada bir mövsümdə maksimum 17 qol vurub.

Xatırladaq ki, 24 yaşlı futbolçu ötən yay “Real Sosyedad”dan “Nyukasl”a keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 36 matçda iştirak edib, 23 qol vurub.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm