Salah "Liverpul"dakı taleyi ilə bağlı qərar verdi
Bizi izləyin

İdman

Salah "Liverpul"dakı taleyi ilə bağlı qərar verdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah komandadakı gələcəyi ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, misirli vinger yay transfer pəncərəsində İngiltərə klubunu tərk etmək niyyətində deyil. Bu barədə jurnalist Devid Ornşteyn məlumat verib.

"Qırmızılar" Salahın ən azı bir mövsüm də komandada qalmasını istəyir. Futbolçu da bunun əleyhinə deyil.

Hücumçunun Mersisayd klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Ola bilsin ki, yeni mövsümün gedişində sözləşmə müddətinin uzadılması ilə bağlı tərəflər arasında danışıqlar aparılacaq.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm