Ronaldo bu klubunun səhmlərini satdı: Növbə digərinindir
Bizi izləyin

İdman

Ronaldo bu klubunun səhmlərini satdı: Növbə digərinindir

Əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario sahibi olduğu Braziliyanın "Kruzeyro" klubunun səhmlərinə nəzarət paketini satdığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu satışdan 109 milyon avro qazanıb.

Keçmiş futbolçu ikinci klubu olan - İspaniya təmsilçisi "Valyadolid"i də satacağını açıqlayıb. ""Valyadolid" növbəti olacaq", - deyə "yekədiş" "Marca"ya bildirib.

Qeyd edək ki, 47 yaşlı veteran futbolçu Braziliya millisi ilə ikiqat dünya çempionu və iki dəfə “Qızıl top”un qalibidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm