Klopp yuvaya qayıdır: Müzakirə başladı
Bizi izləyin

İdman

Klopp yuvaya qayıdır: Müzakirə başladı

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun növbəti klubu "Borussiya Dortmund" ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 56 yaşlı mütəxəssis 2025-ci ildə Almaniya klubuna qayıda bilər. Bununla bağlı tərəflər arasında müzakirələr başladığı bildirilib.

Klopp bu mövsümün sonunda "Liverpul"dan ayrılacaq. O, bundan sonra məşqçilik karyerasına fasilə verəcək.

Qeyd edək ki, almaniyalı mütəxəssis 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb, 2 dəfə Almaniya çempionatını, 2 dəfə Superkubokunu və 1 dəfə ölkə kubokunu qazanıb. Həmçinin Dortmund klubunu Çempionlar Liqasının finalına çıxarıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm