Prezident transgender idmançılardan danışdı: Onları...
Bizi izləyin

İdman

Prezident transgender idmançılardan danışdı: Onları...

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax transgenderlərin yarışlarda iştirakı məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, idman funksioneri bunun olduqca mürəkkəb məsələ olduğunu bildirib. O qeyd edib ki, ictimaiyyət arasında yekdil fikir olmadığından qərar vermək asan deyil:

“Bir sıra idman növləri bir-birilərindən kəskin fərqlənir. Onların konkret hansı kateqoriyada çıxış edəcəklərinə qərar vermək çətindir. Bu səbəbdən BOK qadın və transseksual idmançılar, psixoloqlar, alimlər və funksionerlər ilə məsləhətləşdikdən sonra hər bir sahə üzrə ən yaxşı tövsiyələr hazırlamaq olar. Qərarlar elmə əsaslanmalıdır və yalnız bütün tərəflərlə məsləhətləşdikdən sonra qəbul edilə bilər”.

Qeyd edək ki, bir sıra federasiyaları idman prinsiplərini müəyyənləşdirməkdə çətinlik çəkdikləri üçün transgenderləri yarışlara buraxmırlar.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm