Cənubi Qafqaz
Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
Gürcüstan parlamenti sadə səs çoxluğu ilə prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu ləğv edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Civil Georgia yazır .
Hakim “Gürcü arzusu” partiyasının 84 səsi var, lakin vetonu ləğv etmək üçün cəmi 72 səs lazımdır.
“İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunu sentyabr ayına qədər təxirə salacaq”, - xəbər müəllifləri əlavə ediblər.
Bundan əvvəl Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsinə veto qoyub.
Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Müzakirə hakim “Gürcü Arzusu” partiyasının deputatları ilə müxalifət arasında etirazlar və davalar fonunda baş tutub. Nəticədə 84 deputat lehinə, 30-u əleyhinə səs verib.
Qəbul edilmiş qanuna əsasən, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri xüsusi dövlət reyestrində qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Gürcüstan Maliyyə Nazirliyinə gəlir və xərclər haqqında deklarasiya təqdim etmələri tələb olunacaq.
Hüseyn İbadlı
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video

















.jpg)


















